ONN İnformasiya Agentliyi

Dünyanın ən ağıllı robotu Türkiyəyə gəlir – Foto/Video

Dünyanın ən ağıllı robotu Türkiyəyə gəlir – Foto/Video
24 Yanvar 2018 - 8:29

Dünyanın vətəndaşlıq alan ilk insan robotu olan Sofiya İstanbulda təşkil olunacaq "Marketing Meetup 2018" çərçivəsində Türkiyəyə gələcək.

ONN media Türkiyə mediasına istinadla xəbər verir ki, "Hanson Robotics" şirkəti tərəfindən yaradılan Sofiyaya bir neçə ay əvvəl Səudiyyə Ərəbistanında vətəndaşlıq verilib. Eyni zamanda Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin üzvü olan robot danışığı və hərəkətləri ilə insanları heyran qoyur. Danışdığı mövzulara uyğun üz mimikası yarada bilən Sofiya zarafat da edir. Hətta onun bir dəfə insanları məhv etmək haqqında etdiyi zarafat böyük ajiotaj yaratmışdı.

Yaradıldığı gündən böyük marağa səbəb olan Sofiya dünyanın dörd bir tərəfində həyata keçirilən nüfuzlu tədbirlərə qatılıb.

İndi isə Sofiya aprelin 18-də İstanbulda keçiriləcək "Marketing Meetup 2018"də iştirak etməyə hazırlaşır. Tanınmış şəxslərin qatılacağı tədbirdə Sofiyanın çıxış edəcəyi gözlənilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png