Dünyanın İLK QATLANABİLƏN NOUTBUKU – VİDEO

Çinin “Lenovo” şirkəti dünyanın ilk qatlanabilən noutbukunu təqdim edib.

ONN media xəbər verir ki, şirkət “ThinkPad X1 Fold” adlı modelinOLED ekrana sahib olduğunu deyib.

Cihaz qatlandığı halda bir ekranda qeydlərinizi apararkən, digər ekranda video izləmə imkanı verir. Sensor ekranı olan noutbukun virtual qələmi də təqdim olunub.

“Windows 10” əməliyyat sistemi ilə fəaliyyət göstərən qurğunun 5G texnologiyasını dəstəkləyəcəyi bildirilib.

Qeyd edək ki, “ThinkPad X1 Fold” modeli 2499 dollara satışa çıxacaq.