ONN İnformasiya Agentliyi

Ekstrasenslərin 2020 öngörüləri: nə demişdilər, nə oldu?

Ekstrasenslərin 2020 öngörüləri: nə demişdilər, nə oldu?
23 Dekabr 2020 - 10:37

Artıq 2020-ci ilin başa çatmasına sayılı günlər qalıb. Hələ ilin əvvəlindən ekstrasenslər və astroloqlar bu ilin ölkəmiz və dünya üçün necə keçəcəyi ilə bağlı proqnozlar vermişdi.

ONN media  xəbər verir ki, 2020-ci illə bağlı proqnoz verən ekstrasenslərdən biri də Nadim Alixanov idi. O, bu ildə Qarabağla bağlı böyük dəyişikliklərin olmayacağını desə də, Ordumuz Ali Baş Komandanın rəhbərliyi altında sentyabrın 27-də başlayan əks-hücum əməliyyatı ilə torpaqlarımızı işğaldan azad etdi.

Yəni ekstrasensin bu proqnozu özünü doğrultmadı.

N.Alixanov həmçinin Rusiyada böyükmiqyaslı mitinqlərin olacağını və bu ölkənin daha da qarışacağını proqnozlaşdırmışdı. Lakin bu proqnozu da reallaşmadı.

O, Gürcüstanda və Türkiyədə prezidentlərin dəyişəcəyi, müsəlman ölkələrində qarşıdurma yaranacağı, Avropa ölkərində insanların ayağa qalxacağı və dini savaşların başlayacağı, bundan başqa, ABŞ və rusiyayönümlü ölkələr arasında toqquşma olacağı, Rusiyanın uduzacağı ilə bağlı proqnozunun 2023-cü ilə qədər reallaşacağını iddia edib.

O vaxta hələ 3 ilə yaxın zaman var.

Astroloq Səbuhi Rəhimli də bu il üçün bir neçə proqnoz vermişdi. Onun iqtidarla müxalifət arasında hansısa uğurlu dialoqun olmaması, Qarabağın azad olunması ilə bağlı yeniliklərin olmayacağı, mülkiyyət üstündə savaşların kəskinləşəcəyi ilə bağlı proqnozları özünü doğrultmayıb.

Çünki bu il ölkədə müxalif partiyalarla görüşlər keçirildi və onlar PA-ya dəvət edildi, iqtidar-müxalifət münasibətlərinin yüksək səviyyədə formalaşması istiqamətində ciddi atımlar atıldı. Mülkiyyət üstündə savaşların kəskinləşməsi məsələsində isə ötən illərlə müqayisədə demək olar ki, ciddi artım müşahidə olunmadı.

Bundan başqa, Səbuhi Rəhimlinin də Qarabağla bağlı proqnozu reallaşmadı.(kult.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png