ONN İnformasiya Agentliyi

Evdə balıq saxlayanlar, BU YAZINI OXUYUN

Evdə balıq saxlayanlar, BU YAZINI OXUYUN
23 Mart 2018 - 20:39

Canlı aləmin kiçik bir hissəsinin evinizdə olması çox xoşdur. Lakin heyvan və bitkiləri sevmək kifayət etmir. Onlara doğru qulluq etmək də lazımdır.

ONN media-nın bu yazısı evində balıq saxlayanlara aiddir. Balıqları saxladığınız akvariuma necə qulluq etməyi və düzgün təmizləməyi bilirsiniz?

Evdə balıq saxlamaq fikrinə düşmüsünüzsə, balığın növünə uyğun akvarium alın və ya internetdən sifariş edin. Balıqlardan başqa su bitkiləri, filtr, termometr və s. alınmalıdır.

Balıqların həyatını uzatmaq üçün akvariumu nizamlı təmizləmək lazımdır – kiçik akvariumu hər həftə, böyük akvariumu isə ayda bir dəfə.

Akvariuma qulluq mövsümi olaraq dəyişir. Məsələn, yay aylarında akvariuma bitkilər əkilir və suyu dəyişilir, payızda xəstə balıqlar akvariumdan çıxarılır və torpağı təmizlənir, termostatları, işıqlandırma və başqa cihazlarına nəzarət edilir. Bu işləri doğru və nizamlı yerinə yetirmək üçün balıqlar akvariumdan çıxarılıb xüsusi ehtiyat qablara qoyulmalıdır.

Təbii ki, balıqlar təmiz suda saxlanmalıdır. Lakin onu da qeyd edək ki, balıqların tez-tez yerlərini dəyişməsi onların sağlamlığına zərərlidir.

Akvariumun daxilini və dizayn dəyişikliklərini təmizlik işləri zamanı etmək lazımdır. Akvarium və aksessuarları ilıq və ya soyuq su ilə yaxşı yuyulmalıdır (sabun və başqa kimyəvi maddələrlə yumaq olmaz).

Suyun pH dəyərinə xüsusi indikatorlarla həftədə bir dəfə nəzarət edilməlidir. Nəzərə alın ki, suyu akvariuma krandan birbaşa tökmək olmaz. Suyun xloru yüksək ola bilər və bu, balıqlar üçün zərərlidir. Suyun xlorunu azaltmaq üçün onu bir gün saxlamaq kifayətdir.

Akvariumun şüşəsində günəş işığı səbəbindən tez-tez yosunlar meydana gəlir. Onları təmizləmək üçün xüsusi alətlər istifadə edə bilirsiniz. Filtrləri həftədə bir dəfə təmizləmək lazımdır.

Dekorativ balıqların akvariumunda qalan qida parçalarının təmizliyinə, suyun saflığına və balıqların davranışına hər gün diqqət etmək lazımdır. Artan qida hissəcikləri balıqlara yem verdikdən 10 dəqiqə sonra suyun səthindən təmizlənməlidir.

Akvarium alarkən diqqət edin:

– Akvariumu yerə uyğun seçin.

– Günəş işığı və ya süni işıqlandırma akvarium divarındakı yaşıllığı (yosunları) artırır.

– Duzlu deyil, şirin suda yaşayan balıqlara üstünlük verin.

– Balıqlara çox yem verməyin. Çünki artan yemlər çürüyür və suya zərərli maddələr ifraz etməyə başlayır.

Onu da vurğulayaq ki, yeni aldığınız balığı birbaşa akvariuma buraxmayın. Bir müddət ehtiyat akvariumda saxlayın (bir aya qədər). Çünki balıqlar bəzən xəstə ola bilərlər və akvariumdakı digər canlıları da yoluxdurar. 

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png