ONN İnformasiya Agentliyi

Evdən icazəsiz çıxan şəxsin bəhanəsi — “Balığımı gəzdirirdim”

Evdən icazəsiz çıxan şəxsin bəhanəsi — “Balığımı gəzdirirdim”
26 Aprel 2020 - 23:56

Koronavirusun tüğyan elədiyi İspaniyada insanların küçəyə çıxmaq qadağası davam edir.

ONN media  xəbər verir ki, bununla belə bəzi istisna hallar mövcuddur ki, vətəndaşlar limitli vaxtla da olsa, evlərindən çıxa bilirlər. Belə hallardan biri də ev heyvanlarını gəzdirmək üçün çıxmaqdır.

Amma görünür yerli sakinlər məsələni fərqli anlayıblar.

Belə ki, yerli mətbuatın məlumatına görə, bu gün Loqronyo şəhər sakini akvariumdakı dekorativ qızıl balığı gəzdirmək bəhanəsi ilə evdən çölə çıxıb və polis onu cərimələyib.

Bir neçə gün əvvəl isə bir başqa sakin toyuğunu gəzdirmək üçün evdən çıxdığını bildirmiş və cərimələnmişdi.(oxu.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png