ONN İnformasiya Agentliyi

“Facebook” cərimələnə bilər – SƏBƏB?

“Facebook” cərimələnə bilər – SƏBƏB?
15 Dekabr 2018 - 21:48

"Facebook” istifadəçilərinin məlumatlarının məxfiliyini pozduğuna görə böyük məbləğdə cəriməyə məruz qala bilər.

ONN media xəbər verir ki, irlandiya Məlumatların Qorunması Komitəsi bu sahədəki Avropa qanunlarına riayət olunmasına nəzarət çərçivəsində şirkət barəsində araşdırmalara başlayıb.

Avropada qüvvədə olan Ümumi Məlumatların Qorunmasının Tənzimlənməsi (General Data Protection Regulation – GDPR) əsasən, məxfiliyi pozan şirkətlər 23 milyon ABŞ dollarınadək, yaxud məbləği daha yüksək olduğu təqdirdə, illik mənfəətin 4 faizi məbləğində cərimə olunur.

Beləliklə, 2017-ci ildə 40 milyard dollaradək mənfəət əldə edən "Facebook” şirkəti bu il də mənfəəti eyni səviyyədə olarsa, 1,6 milyard dollara yaxın cərimə ödəməli olacaq

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png