“Facebook” və “WhatsApp”dan istifadə edənlərin DİQQƏTİNƏ – Yazışmalar oxunulacaq

“Facebook” sosial şəbəkəsi və “WhatsApp” messenceri istifadəçilərin yazışmalarını Böyük Britaniya polisinə ötürməli olacaq.

ONN media bildirir ki, müvafiq sazişi ABŞ və Böyük Britaniya hökumətləri imzalayıblar. Cari saziş terrorizm və pedofiliya da daxil olmaqla, ağır cinayətlərin araşdırılmasında kömək etməlidir.

Hazırda isə təhlükəsizlik xidməti məlumatları yalnız bilavasitə həyat üçün təhlükə olduğu təqdirdə əldə edə bilirlər.