“Facebook”da İNQİLABİ YENİLİK

“İnstagram”dan sonra “Facebook” sosial şəbəkəsi də “like” sistemini aradan qaldırmağı planlaşdırır.

ONN media xəbər verir ki, bu barədə şirkətdən açıqlama verilib. Artıq bu proses bəzi paylaşımlarda test edilir. Bildirilir ki, istifadəçi paylaşımlarına nə qədər bəyənmə gəldiyini görə biləcək. Lakin onun dostları və digər istifadəçilər bəyənmələrin sayını görə bilməyəcək.

Qeyd edək ki, “İnstagram” bu sistemi 7 ölkədə test edir. Məqsəd istifadəçilərin bəyənmə sayına görə deyil, keyfiyyətə görə paylaşımlara maraq göstərməsini təmin etməkdir. (redaktor.az)