ONN İnformasiya Agentliyi

“Facebook”da yeni funksiya – Bundan sonra…

“Facebook”da yeni funksiya – Bundan sonra…
21 Avqust 2019 - 12:55
“Facebook” sosial şəbəkəsi yeni funksiyanı işə salır.

ONN media bildirir ki, yeni funksiya istifadəçilərə digər tətbiq və saytların sosial şəbəkə vasitəsilə paylaşdığı məlumatları görməyə və nəzarət etməyə imkan verir.

“İstifadəçilər “Off-Facebook Activity” sayəsində onların haqqında bizə informasiya göndərən tətbiq və saytların məlumatlarını görə biləcəklər. Əgər istifadəçi arzu edərsə, həmin informasiyanı hesabından silə bilər”, – “Facebook”un məlumatında deyilir.

Söhbət tarqetinq reklamından gedir. Funksiya tədricən işə düşəcək. Ondan birinci olaraq İrlandiya, Cənubi Koreya və İspaniya sakinləri istifadə edəcəklər.

Yeni funksiyanın məqsədi insanlara sosial şəbəkənin iş prinsiplərinə dair daha çox məlumat verməkdir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png