ONN İnformasiya Agentliyi

“Facebook”da yeni funksiya

“Facebook”da yeni funksiya
30 May 2020 - 20:56

ONN media xəbər verir ki, lakin, bu yeniliyin gətirilmə səbəbi çox da yaxşı deyil.

Belə ki, Hindistanda qadınlara “Facebook” üzərindən göstərilən təcazvüzlərin ciddi şəkildə artması səbəbilə şirkət bəzi yeniliklər gətirib. Bundan sonra digərləri tərəfindən narahat edilən şəxslər “Facebook” profilini kilidiləyə biləcəklər.

Yeni funksiyaya əsasən istifadəçilər öz Facebook hesablarını dostluqdakı istifadəçilərdən başqa hər kəsə qarşı kilidləyə biləcəklər.

Profili kilidlənən istifadəçinin bütün məlumatları və paylaşımları gizlədilir. Sadəcə dostluqdakı istifadəçilər görə bilir. Həmçinin dostluqda olmayan istifadəçilər “cover” şəklini görə bilməyəcək və profil şəklini isə sadəcə kiçik ölçülərdə görə biləcək, lakin yükləyə bilməyəcək. Facebook rəsmilərinin dediklərinə görə bu yeni funksiya ilə birliktə bir neçə təhlükəsizlik ayarı eyni anda tətbiq olunur.

Qeyd edək ki, yeni funksiya hələlik sadəcə Hindistanda istifadə verilib. Lakin yaxın aylarda bütün istifadəçilər üçün istifadəyə verilməsi gözlənilir

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png