ONN İnformasiya Agentliyi

Ferrari-dən bir ilk

Ferrari-dən bir ilk
17 İyun 2022 - 8:53

ONN media xəbər verir ki, İtaliyanın idman avtomobil istehsalçısı “Ferrari N.V” bu ilin payızında krossoverə (SUV) bənzəyən yeni avtomobil təqdim etməyi planlaşdırır.

“Purosangue” adlı yeni model uzun müddətdir ki, hazırlanır və prototipin şəkilləri hətta mediada da yayılıb. Hazırda “Ferrari” avtomobilin tam təqdimat tarixinin – 2022-ci ilin sentyabrında olacağını açıqlayıb. Super krossoverin 2023-cü ildə satışa çıxacağı gözlənilir.

“Ferrari” rəhbərliyi həmçinin ilk tam elektrik avtomobil modelinin 2025-ci ildə görünəcəyini açıqlayıb. Hazırda şirkət flaqman “SF90 Stradale” də daxil olmaqla dörd hibrid model istehsal edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png