Feysbukun dəyəri 1 trilyon dollara çatdı

Feysbukun aksiyaları 4,18% artaraq, 355,64 dollara çatıb.

ONN media xəbər verir ki, bu məlumatı “Yahoo Finans” birja servisi yayıb.

Məlumata görə, bunun sayəsində Feysbukun kapitalizasiyası tarixdə ilk dəfə 1,008 trilyon dollara yüksəlib.