Film kimi olay- Latareyanı uddu amma…

Tacikistan vətəndaşı Dubay hava limanında Duty Free Millennium Millionaire lotereyasında bir milyon dollar udub.

ONN media xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.

Agentliyin məlumatına görə, fevralın 1-də Tacikistan vətəndaşı Dubay Beynəlxalq Hava Limanının 2-ci terminalında oynanılan məşhur ərəb lotereyasının növbəti, 413-cü tirajını qazanıb. Lakin onun özü hələ qələbəsindən xəbərsizdir və təşkilatçılar onu axtarır.

Bildirilir ki, daha bir qalib var, o da hələ meydana çıxmayıb. Bu şri-lankalı Yasas Nalin Patiranadır . O, “BMW R nineT Pure” motosikletini qazanıb.

Üçüncü şanslı qalib “Mercedes Benz S500” avtomobili qazanan 48 yaşlı Hindistan vətəndaşı Amite Sarafe olub . O, 2021-ci ildə baş mükafatı – 1 milyon dollar da qazanmışdı.

“Duty Free Millenium Millionaire” 1999-cu ildən fəaliyyət göstərir. İndiyədək dünyanın 49 ölkəsinin nümayəndəsi baş mükafata sahib çıxıb.