Gürcüstanda “pəhləvan” uşaq doğuldu

Kutaisidə qeysəriyyə əməliyyatı ilə nəhəng körpə dünyaya gəlib.

ONN media  Gürcüstan mətbuatına istinadla xəbər verir ki, yeni doğulan oğlan uşağının çəkisi 5 kiloqram, boyu isə 54 santimetrdir.

“Pəhləvan” körpənin anası koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Hazırda ana və uşaq özlərini yaxşı hiss edirlər. Körpədə COVID-19 təsdiqlənməyib.