ONN İnformasiya Agentliyi

Həyat yoldaşının arıqlamasını istəyən adam 12 il boyunca ona yemək vermədi

Həyat yoldaşının arıqlamasını istəyən adam 12 il boyunca ona yemək vermədi
29 İyul 2019 - 18:12

Amerikanın Kaliforniya əyalətində yaşayan 31 yaşlı Ketharine Hartley 2006-cı ildə Mathev Hartley ilə evlənib.

ONN media bildirir ki, tanış olduqları zaman Katherine 15, Mathev isə 25 yaşınd idi.

Kiçik yaşlı Katherinanı hədə-qorxu ilə əldə etməyə çalışan Mathev qısa müddətdə məqsədinə çatır və cütlük evlənir. Bununla da Katherina üçün 12 illik işgəncə həyatı başlayır.

Həyat yoldaşının çox arıq olmasını istəyən Mathev 12 illik evliliyi boyunca onu aclığa məhkum edib. Beləliklə Katherina bir müddət sonra 31 kiloqram çəkiyə düşüb və uşaq geyimləri geyinməyə başlayıb.

Katherina yemək yediyi vaxtlarda həyat yoldaşının onu cəzalandırdığını bildirib.

Bütün bu işgəncələrdən sonra qadın 2019-cu ilin aprel ayında boşanmağa qərar verib və həyat yoldaşının psixoloji xəstə olduğunu iddia edərək polisə şikayət edib.

Polis 42 yaşlı adamı nəzarətlə sərbəst buraxıb. Katherina isə digər qadınların da onun kimi işgəncə çəkməməsi üçün həyat yoldaşının həbs olunmasını tələb edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png