ONN İnformasiya Agentliyi

“HTC” şirkəti yeni 3D dəstinin satışa çıxacağı tarixi açıqladı – VİDEO

“HTC” şirkəti yeni 3D dəstinin satışa çıxacağı tarixi açıqladı – VİDEO
13 Sentyabr 2019 - 2:17

“HTC” şirkəti kompüter dəstəkli virtual reallıq dəsti “Vive Cosmos VR”-i gələn ay satışa çıxaracağını açıqlayıb.

ONN media  xəbər verir ki, şirkətin bu ilin əvvəlində tanıtımını keçirdiyi virtual reallıq eynəklərinin son versiyası olan “Vive Cosmos VR” xarixi sensora ehtiyac duymur, tamamilə öz sensorları ilə işləyir. Bu dəst eyni zamanda 2800×1700 həcmə, 110 dərəcəlik görüş bucağına və 90hz yenilənmə surətinə sahib bir “LCD” panelə sahibdir.

“HTC” şirkəti bu versiya ilə bərabər virtual reallıq texnologiyasına yeniliklər gətirmiş olur. “Vive Cosmos VR” tamamilə çıxarmadan – sadəcə gözlük hissəsi yuxarı qaldırılaraq dayandırıla bilir. Versiyanın gözəçarpan özəlliklərindən biri budur ki, istifadəçinin istəklərinə görə özəlləşdirilə bilən ön panelə sahibdir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png