ONN İnformasiya Agentliyi

İlon Mask öz titulunu geri qaytardı

İlon Mask öz titulunu geri qaytardı
08 Dekabr 2022 - 3:09

“Twitter” və “Tesla”nın sahibi İlon Mask planetin ən varlı adamı adını geri qaytarıb.

ONN media xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

Maska daha əvvəl Fransanın lüks mallar istehsalçısı LVMH-nin sahibi Natalia Vodianovanın qayınatası Bernard Arnault tərəfindən birinci pillədən endirilib. Bununla belə, Arno ilk sırada çox qalmayıb.

“Forbes” qeyd edir ki, milyarderlərin siyahısı real vaxt rejimində yenilənir. Hazırda Maskın sərvəti 185,8 milyard dollar, Arno isə 185,5 milyard dollardır.

Arno dəfələrlə planetin ən zəngin sakinlərinin ilk üçlüyünə daxil olub. O, ilk dəfə 2011-2012-ci illərdə 3-cü yerə yüksəlib, o zaman onun kapitalı 41 milyard dollar qiymətləndirilirdi

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png