ONN İnformasiya Agentliyi

İnanılmaz kəşf- Günəş enerjisini benzinə çevirəcəklər

İnanılmaz kəşf- Günəş enerjisini benzinə çevirəcəklər
10 Sentyabr 2022 - 8:33

İsveçrənin “Synhelion” şirkəti Günəş enerjisindən sintez qazı istehsalı üzrə dünyada ilk sənaye zavodunun tikintisinə başlandığını elan edib. Ardınca həmin qaz asanlıqla kerosin və ya benzinə emal edilə bilər.

Məlumata görə, bu işlə DAWN stansiyası məşğul olacaq. Belə ki, stansiya heliostatlardan istifadə edərək enerji toplayacaq və onu sintez qazına çevirəcək.

Hələlik zavodun gücünün kiçik olması (ildə 150 ​​ton yanacaq) planlaşdırılır. İstehsal olunan yanacaq (Günəş kerosini və benzin) təyyarə mühərriklərində istifadə olunacaq. “Synhelion” tərəfindən istehsal olunan kerosindən istifadə edən ilk aviaşirkət isə SWISS olacaq.

2030-cu ilə qədər isveçrəlilər bu cür zavod stansiyaları şəbəkəsini qurmağa ümid edirlər. O zaman onlar ildə 875 min ton yanacaq istehsal edə biləcəklər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png