ONN İnformasiya Agentliyi

iOS 14-ü hansı iPhone modelləri əldə edəcəklər?

iOS 14-ü hansı iPhone modelləri əldə edəcəklər?
05 İyun 2020 - 3:36

Bu ay keçiriləcək WWDC 2020 tədbirində Apple şirkəti iOS 14 əməliyyat sistemini təqdim edəcək. Hər il yeni iOS versiyası dəstəyini əldə edən smartfonların sayı azalsa da, insayderlərin məlumatlarına əsasən Apple şirkəti bu il öz müştərilərini sevindərəcək. Belə ki, verilmiş məlumata əsasən iOS 14-ü hətta 5 il bundan öncə satışa çıxmış iPhone modelləri də əldə edəcəklər.

Bu barədə Macrumors saytı xəbər verib. İsrailin The Verifier adlı saytının təqdim etdiyi hesabata əsasən iOS 13-ü əldə etmiş bütün iPhone modelləri iOS 14-ü də əldə edəcəklər. Beləliklə iOS 14-ü aşağıdakı iPhone modellərinə quraşdırmaq mümkün olacaq:

– iPhone 6s / 6s Plus

– iPhone SE (2016 / 2020)

– iPhone 7 / 7 Plus

– iPhone 8 / 8 Plus

– iPhone X

– iPhone XR

– iPhone XS / XS Max

– iPhone 11 / 11 Pro / 11 Pro Max.

Bundan əlavə olaraq insayderlər qeyd ediblər ki, iPhone 6s / 6s Plus və iPhone SE (2016) modelləri üçün iOS 14 əməliyyat sistemi sonuncu rəsmi dəstəklənən əməliyyat sistemi olacaq. Qeyd etmək lazımdır ki, bu il WWDC 2020 online tədbir formatında 22 iyun tarixində baş tutacaq.(milli.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png