“İphone 14” ün ilk görüntüləri yayıldı

Cənubi Koreyanın Naver portalında “iPhone 14 Pro” maketinin ön panelinin fotolarını dərc edilib.

“yeux1122” adlı istifadəçi tərəfindən yayılan şəkillərdə bəzi yeniliklər nəzərə çarpır.

Məlumata görə, “iPhone 14” və “14 Max” “iPhone 13”də quraşdırılmış “Apple A15 Bionic” çipseti, “iPhone 14 Pro” və “14 Pro Max” isə yeni A16 mikroprosessoru ilə təchiz olunacaq.

Həmçinin, flaqman modellərinin yeni kameralarla təchiz ediləcəyi, əsas kameranın isə 48 meqapiksel təsvir ölçüsünə mali olacağı gözlənilir.

“iPhone 14”, “Apple Watch Series 8” və digər yeni məhsulların təqdimatının sentyabrın 6-da baş tutacağı bildirilir.