ONN İnformasiya Agentliyi

“İphone”lərlə bağlı xəbər var- DİQQƏT

“İphone”lərlə bağlı xəbər var- DİQQƏT
04 Noyabr 2019 - 13:35

“Apple” şirkəti köhnə İphone və Aypəd modellərinin sahiblərinə tezliklə internet və yer təyin etmə sistemlərində problemlərin yaşana biləcəyi ilə bağlı xəbərdarlıq edib.

ONN media xəbər verir ki, şirkət problemlə üzləşməmək üçün istifadəçilərinə ən son proqram təminatını quraşdırmağı tövsiyə edib. Bu, 2012-ci ildən əvvəl istehsal edilən məhsullara aid edilib.

Problemlər (GPS vaxtının dəyişdirilməsi ilə bağlı) bazar ertəsi Bakı vaxtı ilə 04:00-dan etibarən müşahidə oluna bilər.

Şirkətdən bildirilib ki, proqram təminatını yeniləməyən Ayfon-5 istifadəçiləri Əpl Stor, Ayklod, elektron poçt və brauzerə girişi itirə bilər. Çünki bu cür imkanların hər biri vaxt və tarixdən asılı rejimdə çalışır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png