ONN İnformasiya Agentliyi

İşıqlar sönəcək, internet kəsiləcək – həyat bir günlük dayanacaq

İşıqlar sönəcək, internet kəsiləcək – həyat bir günlük dayanacaq
17 Mart 2018 - 1:18

İndoneziyanın Bali adasında hinduların ənənəvi “Səssizlik bayramı” başlayır.

ONN media Axşam.az-a istinadən xəbər verir ki, bayram günü hər yer səssizliyə bürünəcək: internet kəsiləcək, turistlər də daxil olmaqla, kimsə küçəyə çıxmayacaq. Yerli dildə “Nyepi” adlandırılan tədbirlər 24 saat çəkəcək. Gün boyu bütün uçuşlar təxirə salınacaq, qaydalara riayət etmək üçün insanlara nəzarət edən “Percalanqlar” küçələrdə gəzəcək. 

“Şeytanın Yer üzünə enməsi” kimi simvollaşdırılan “Nyepi” bayramında hindular pis şans və uğursuzluqları qovmaq üçün əyləncələri yığışdıraraq, bir günlük elektrik enerjisindən də istifadə etməyəcəklər. Hindular “Nyepi"ni yeni ilə giriş kimi qəbul edirlər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png