ONN MEDİA

İstifadəçilər bu il mobil tətbiqlərə nə qədər dollar xərcləyib?

İstifadəçilər bu il mobil tətbiqlərə nə qədər dollar xərcləyib?
05 İyul 2019 - 2:04
İstifadəçilərin “iOS” və “Android” sistemləri üçün oyun və proqramların alışına xərcləri artmaqda davam edir.

ONN media xəbər verir ki, bu barədə mobil əlavələrin satışının effektivliyinin analizi üçün platforma təqdim edən “Sensor Tower” şirkətinin “Apple App Store” və “Google Play” kataloqlarında xərclər üzrə statistikasında deyilir.

Statistikaya görə, bu ilin birinci yarısında “App Store” və “Google Play” mağazalarında əlavələrin satışından ümumi mədaxil 39,7 milyard dollar təşkil edib ki, bu da ötən ilin nəticəsindən 15,4 faiz çoxdur. Bir il əvvəl 34,4 milyard dollarlıq satış edilib.

“App Store” əlavələr üçün istehlak xərcləri baxımından hələ də “Google Play” mağazasını üstələyir. 2019-cu ilin yanvar-iyununda “iOS” qurğu istifadəçiləri “Apple” əlavələr mağazasında 25,5 milyard dollar xərcləyiblər.

“App Store” mağazasının göstəricisi “Google Play”in ehtimal edilən mədaxilini 80 faiz geridə qoyub. Bu ilin birinci yarısında mədaxil 14,2 milyard dollar olub ki, bu da 2018-ci ilə nisbətdə 19,6 faizlik artımdan xəbər verir.

Tədqiqatda, həmçinin mobil əlavələrin quraşdırılması üzrə statistika təqdim olunub. “iOS” proqramlarında azalma qeydə alınıb ki, buna da səbəb kimi Çin bazarı göstərilir. Hesabat dövründə “App Store”da 14,8 milyard əlavə yüklənilib. “Google Play”in nəticəsi 2,8 dəfə çox olmaqla 41,9 milyard təşkil edib. “iOS” və “Android” sistemlərinin idarəetməsi ilə işləyən qurğulara ümumilikdə 56,7 milyard oyun və proqram quraşdırılıb.

Bir il əvvəl olduğu kimi, bu ilin ilk yarısında ən çox yüklənilən əlavələr siyahısına “WhatsApp”, “Messenger” və “Facebook” başçılıq edir. Lakin sonra rokirovka baş verib: “Tik Tok” qısa videolar servisi dördüncü pilləyə yüksələrək “Instagram”ı beşinci yerə sıxışdırıb.

Mobil oyunlar üzrə statistika ayrıca təqdim edilib. Hesabat dövründə “App Store” və “Google Play” mağazalarında onların satışından mədaxil 11,3 faiz artaraq 29,6 milyard dollara çatıb. “iOS” üçün proqramların payı 17,6 milyard dollara bərabər olub, “Android” üçün oyunların töhfəsi isə 12 milyard dollar təşkil edib. Ən çox yüklənilən oyunlar beşliyində “Honor of Kings”, “Fate/Grand Order”, “Monster Strike”, “Candy Crush Saga” və “PUBG Mobile” yer alıb.


ONN informasiya agentliyi

image_print Çap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP