ONN İnformasiya Agentliyi

Jelibonun içindən çıxan görənləri şoka saldı

Jelibonun içindən çıxan görənləri şoka saldı
18 Fevral 2020 - 14:22

Xüsusilə uşaqlar tərəfindən çox yeyilən jelibonlarla bağlı Şotlandiyada təəccüblü hadisə qeydə alınıb.

Qlazqoda yaşayan Kreig Ryan adlı şəxs 3 yaşlı qızı üçün marketdən “Haribo” şirkətinə məxsus jelibon alıb. Evə döndüyü zaman paketi açan Ryan jelibonlardan birinin içində insan dırnağı olduğunu görüb.

Dərhal şirkətə sosial şəbəkə vasitəsilə mesaj göndərən Ryan “Qızım Şarlidən öncə bunu mən gördüyüm üçün şanslıydıq. Dırnaq tamamilə içinə batmışdı. Bu sadəcə ürək bulandırıcı yox, eyni zamanda təhlükəlidir. Asanlıqla udub boğula bilərdi” – deyə qeyd edib.

Şikayətdən sonra açıqlama verən şirkət “Məhsullarımızın təhlükəsizliyi və keyfiyyəti bizim üçün çox önəmlidir. Baş verən hadisənin səbəbinin araşdırıldığını bildirərək üzr istəyirik” – deyə ifadə edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png