Jurnalistlər üçün təhlükəli ölkələr haradır?

Beynəlxalq Jurnalistlər Federasiyası (BJF) KİV əməkdaşları üçün ən təhlükəli ölkələrin adlarını açıqlayıb.

ONN media bildirir ki, təşkilatın apardığı “Jurnalistlərə qarşı cinayətkarlığa görə cəzasızlığın sonu” kampaniyası gəlinən nəticəni elan edib. Məlumata görə, jurnalistlər üçün ən təhlükəli 5 ölkə Filippin, Somali, Peru, Fələstin və Ukraynadır.

Xüsusilə, BJF bu təhlükənin daha çox Kiyev şəhərində müşahidə olunduğunu açıqlayıb.