ONN media

Kilsə aktyora qızı ilə görüşməyi qadağan edib

Kilsə aktyora qızı ilə görüşməyi qadağan edib
31 İyul 2019 - 23:25

Əlli yeddi Hollivud ulduzu Tom Kruz qızı Surini sonuncu dəfə altı il əvvəl görüb.

ONN media xəbər verir ki, həmin ərəfədə dünyaşöhrətli aktyorun həyat yoldaşı Katie Holmes boşanmaq üçün yenicə ərizə vermişdi.

Lakin keçmiş sayentoloq (sayentologiya təlimdir, təlimin məqsədi Sayentologiya kilsəsini tanıtmaq və bu təriqəti dünyada yaymaqdır) Samanta Dominqo əmindir: Sayentologiya Kilsəsi (Tom Kruz onun ən məşhur üzvlərindəndir) qızı ilə aktyoru gözdən pərdə asmaq üçün təşkil edib. Əslində isə aktyorun bu təriqətdən olmayan qızı ilə ünsiyyəti qadağandır.

Samanta “US Weekly” nəşrinə açıqlamasında kilsənin qaydalardan da danışıb. O bildirib: “Çox güman ki, kilsə bu görüşü yayılan dedi-qoduları kəsmək və tənqidlərdən cn qurtarmaq təşkil edib”.

Onun sözlərinə görə, sayentoloqlar reynkarnasiyaya inanırlar, buna görə də onların yanaşmasına görə, Suri – Tomın qızı deyil, onun qızının cismindəki ruhdur.

Kilsə nümayəndələri Dominqonun açıqlamalarını təkzib ediblər. Onlar iddia edirlər ki, Kruzınun qızı Suri ilə görüşüm-görüşməməsi onun şəxsi istəyindən və qərarına bağldır. Kilsə bu məsələdə heç kimə heç nəyi qadağan etmir.

Maraqlıdır ki, aktyor keçmiş həyat yoldaşı məşhur aktrisa Nicole Kidmanla evliliyindən olan qızı – 26 yaşlı İzabella və oğlu – 24 yaşlı Konnorla mütəmadi görüşür. Tomun bu övladlarının ikisi də sayentoloqdur.(oxu.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png