Kilsə rahibinin əsl peşəsi hamını şoka saldı – FOTOLAR

Rusiyanın cənub-qərbində yerləşən İvanovka kəndində kiçik bir kilsənin baş rahibi ölkəsində manşet olub.

ONNmedia xəbər verir ki, rahib Maksim Pastuxov əzələ nümayişi yarışmasına qatılıb və 3-cü yerə layiq görülüb.

O, yaşadığı kənddə nəzakətli və elmli bir dini lider kimi tanınır. Lakin rahibin əzələ nümayişi yarışmasına qatılması hər kəsi şoka salıb. Maksim Pastuxov isə mənəvi inkişafı ilə yanaşı, fiziki inkişafına da olduqca önəm verdiyini bildirib.

O, hətta yaşadığı kənddə azyaşlı oğlanların bədənlərini formaya salmaq və əzələlərini inkişaf etdirmək üçün idman zalı da açıb. Bu salonu açmaq üçünsə öz evini satmğa məcbur olub.