ONN İnformasiya Agentliyi

Koronavirus “Apple” şirkətinə ziyan vurdu

Koronavirus “Apple” şirkətinə ziyan vurdu
19 Fevral 2020 - 12:30

“Apple” şirkəti Çində yayılan ölümcül koronavirusla əlaqədar 2020-ci ildə rüblük gəlir göstəricilərinə nail ola bilməyəcək. Bu barədə şirkətin məlumatında deyilir.

2020-ci ilin yanvar-martında gəlir üzrə proqnozun azaldılması Çində müəssisələrin fəaliyyətinin dayandırılmasına görə “iPhone” smartfonlarının istehsalının aşağı düşməsi ilə izah olunur. Bundan başqa, Çində ticarət nöqtələrinin karantinə bağlanması ilə əlaqədar tələbatın azalması şirkətin maliyyə göstəricilərinə təsir göstərəcək. Çin “Apple” üçün ABŞ-dan sonra ikinci ən böyük satış bazarı hesab edilir.

ABŞ istehsalçısı fevralın əvvəlində “COVID-19” koronavirus epidemiyasına görə Çində fəaliyyət göstərən bütün ticarət nöqtələrini bağlayıb. Onların fəaliyyətinin bərpası fevralın 10-na planlaşdırılsa da, indiyədək 42 mağazadan yalnız 7-si açılıb. Şirkətə daha bir zərbə fəaliyyət göstərən ticarət nöqtələrinin qısaldılmış iş vaxtı rejimində işləməsi nəticəsində dəyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png