ONN İnformasiya Agentliyi

Koronavirus niyə daha çox kişiləri öldürür? – MARAQLI SƏBƏB

Koronavirus niyə daha çox kişiləri öldürür? – MARAQLI SƏBƏB
08 Aprel 2020 - 13:48

Koronavirusdan ölənlərin çoxunun kişi cinsi nümayəndələri olmasının səbəbləri araşdırılıb.

Bu, qadınların immun sisteminin kişilərə nisbətən daha güclü olması ilə əlaqədardır.

Bu iddia ilə Oksford Universitetinin professoru Philip Goulder çıxış edib.

“Qadınlarla kişilərin immun sistemləri arasında ciddi fərqin olması gün keçdikcə daha aşkar görünür”, – o, çıxışında söyləyib.

Həmçinin kişilərin infarkt keçirmə, şəkər xəstəliyinə tutulma və xroniki ağciyər xəstəliklərinə tutulma riski də qadınlara nisbətən çoxdur.

Bu, qadınların kişilərdən iki dəfə artıq X xoromosomu daşıması ilə əlaqəli ola bilər. Kişilərdə X və Y xoromosomları bərabər sayda olsa da, qadınlarda Y-in əvəzinə də X xromosomları var. İmmunla bağlı genlər isə, əsasən, X xromosomunda yer alıb.

Professorun dediyinə görə, koronavirusa görə kişilərin daha çox ölməsi ilə bağlı siqaret çəkmək ehtimalı da var.

Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni tip koronavirusu pandemiya elan edib. Ən son statistikaya görə, koronavirusa dünya üzrə 1,432,098 nəfər yoluxub. 82,099 nəfər bu virusdan ölüb, 302,247 nəfər isə sağalıb. Hazırda ən çox ölüm halları ABŞ, İtaliya, İspaniya və Fransada baş verir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png