ONN İnformasiya Agentliyi

“Lenovo” dünyada ilk “5G” noutbukunu təqdim etdi

“Lenovo” dünyada ilk “5G” noutbukunu təqdim etdi
18 İyun 2020 - 1:46

“Lenovo” şirkəti dünyada 5-ci nəsil yüksəksürətli şəbəkələrə qoşulma imkanına malik ilk noutbukunu təqdim edib. “5G” şəbəkəsinə qoşulma “Qualcomm X55 5G” modemi vasitəsilə həyata keçirilir.

ONN media xəbər verir ki, “4G” (LTE) ilə yanaşı, “5G” modem leptopa 6 QHs-dək tezlik diapazonundan, həmçinin daha “sürətli” “mmWave” millimetr diapazon dalğalarından istifadəyə imkan verəcək. Bu haqda şirkətin bəyanatına istinadən “The Verge” nəşri yazıb.

Noutbuk “Snapdragon 8cx” prosessoru ilə təchiz edilib. “Qualcomm” şirkətinin ən yeni çipi avtonom işləmə vaxtını 24 saatadək uzadır.<ins’>

Bundan başqa, noutbuk 1920×1080 piksel təsvir ölçülü 14 düymlük IPS matrisli sensor ekran, 8 QB əməli yaddaş, 256 QB tutumlu SSD daşıyıcı, 2 “USB-C” portu, qulaqlıqlar üçün 3,5 mm-lik konnektor və barmaq izləri skaneri ilə təchiz edilib. Aparat “Windows 10 Pro” əməliyyat sisteminin idarəetməsi altında işləyir.(ölkə.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png