ONN İnformasiya Agentliyi

Məşhur Lamborghini satışa qoyuldu

Məşhur Lamborghini satışa qoyuldu
12 Dekabr 2018 - 16:20

Bir müddət əvvəl “Sotheby’s” hərracında Roma Papasına məxsus avtomobil satışa çıxarılmışdı.

ONN media Ölkə.az-a istinadla xəbər verir ki, indi də “Omaze” şirkəti bu “Lamborghini Huracan” modelini loterayada uduşa qoymaq niyyətinə düşüb.

Ötən il “Lamborghini” şirkəti Roma Papasına avtomobil bağışlamışdı. Papa isə avtomobili hərraca çıxararaq 809.375 avroya satmışdı. Əldə edilən vəsait isə xeyriyyə məqsədi üçün sərf edilib.

Indi isə “Omaze” onlayn-xeyriyyə platforması Roma Papasının superkarını lotoreyada uduşa qoyur. Bunun üçün isə istənilən şəxs ianə verməlidir və bu ianələr bal sistemi ilə qiymətləndiriləcək.

Şirkət əldə edilən vəsaiti müharibədən əziyyət çəkənlərə və qul ticarətinin ziyan vurduğu insanlara xərcləyəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png