ONN İnformasiya Agentliyi

Marsda həyat var

Marsda həyat var
08 İyun 2018 - 11:53

ABŞ-ın "Curiosty" kəşfiyyat qurğusu Marsda Gale kraterinin özülündə üzvi maddə aşkarlayıb.

ONN media  ABŞ-ın Aeronavtika və Kosmosun Araşdırılması üzrə Milli İdarəsinə istinadən xəbər verir ki, "Curiosty" 2012-ci ildən Marsda araşdırma aparır. Onun Gale kraterində apardığı araşdırma nəticəsində 3,5 milyard illik qayalıqda üzvi maddə aşkar edilib. Alimlər bildiriblər ki, Marsdan gələn nümunələrə qırmızı planetdə qədimdə yaşayışın olması, yaşayış üçün qida mənbəyi, yaxud başqa bir həyatın mövcudluğu kimi baxmaq olar.

NASA-nın Kaliforniyadakı laboratoriyasının əməkdaşı Aşvin Vasavada deyib: "Əgər qədim zamanda orada yaşayış olubsa, bu, həyatın üzləri üçün yeni detalların tapıla biləcəyi şansını artırır".

Marsın atmosferində metanı ölçmək üçün lazer spektrometrindən istifadə edilib. Mövsümi olaraq planetdə metanın artdığı da təsdiqlənib.

Nümunələr qədimdə Marsda mikroorqanızmlərin olduğunu, hətta indi də tapıla biləcəyini ehtimal etməyə imkan verir. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png