ONN media

Marsda qəribə siqnallar aşkarlandı

Marsda qəribə siqnallar aşkarlandı
02 Oktyabr 2019 - 21:39

Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı üzrə Milli İdarənin (NASA) alimləri Marsda bəzilərinin seysmik mənşəli olduğu, bəzilərinin isə naməlum qaldığı qəribə siqnallar aşkarlayıblar.

ONN media xəbər verir ki, həmin siqnallar “InSight” Mars aparatı vasitəsilə əldə edilib.

“Ötən ilin noyabr ayında Qırmızı planetə çatan NASA-nın “InSight” Mars aparatı aprel ayında ilk seysmik siqnalı qeydə alıb”, – məlumatda belə deyilir.

Oktyabrın 1-də dərc olunan audio yazıların nümunələri 100-dən çox siqnalı əhatə edir. Onlardan yalnız 21-i Mars titrəmələri (zəlzələ) kimi tanınıb.

Seysmoqrafın Mars torpağının təxminən beş metr dərinliyinə baş vurması nəzərdə tutulsa da o, yalnız otuz santimetri mənimsəyə bilib. Qurğunun Marsda yazdığı səslər sonradan Yerdəki tədqiqatçılara ötürülür.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png