ONN İnformasiya Agentliyi

Milyonlarla istifadəçisi olan PUBG qadağan edildi – RƏSMİ

Milyonlarla istifadəçisi olan PUBG qadağan edildi – RƏSMİ
05 Sentyabr 2020 - 16:18

Bütün dünyada milyonlarla istifadəçisi olan PUBG oyunu ilə bağlı rəsmi qərar verilib.

ONN media xəbər verir ki, Hindistan Kommunikasiya, Elektronika və Elm Texnologiyaları Nazirliyi oyunu ölkə miqyasında qadağan edib.

NDTV kanalının xəbərinə görə, bəzi Çin mənşəli tətbiqlər ölkənin suverenliyi, bütövlüyü, müdafiəsi, etibarlılığı və əhalisinin nizamı üçün təhlükə daşıyır.

Bəzi mobil tətbiqlərdən sui-istifadə edərək istifadəçilərin bilgilərinin oğurlanması və gizli şəkildə Hindistanın xaricindəki qüvvələrə verilməsi haqqında çox sayda şikayət daxil olduğu bildirilən açıqlamada bu səbəbdən “PUBG Mobile”, “WeChat”, “Reading”, “Voov Meeting”, “FaceU”, “InNote”, “Game of Sultans” və “AppLock”un aralarında olduğu 118 mobil tətbiq qadağan olunub.

Hindistanda 33 milyondan çox aktiv “PUBG Mobile” istifadəçisi var.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png