ONN media

Nə üçün hər gün 100-200 qr çuğundur yeməliyik?

Nə üçün hər gün 100-200 qr çuğundur yeməliyik?
31 Oktyabr 2019 - 4:30

Ən ucuz və sadə tərəvəzlərdən biri olan çuğundur eyni zamanda ən faydalı tərəvəz sayıla bilər.

Mütəxəssislər çuğundurun orqanizmə olan təsirini araşdırıb belə nəticəyə gəliblər ki:

– Çuğundurun tərkibində olan betanin orqanizmin hüceyrələrini iltihabdan qoruyur və bununla da bir çox xroniki xəstəliklərin və o cümlədən xərçəngin riskini xeyli azaldır.

– Həmçinin betanin qaraciyərin fəaliyyətini yaxşılaşdırır.

– Sink və selenlə zəngin olan çuğundur imun sisteminə müsbət təsir edir.

– Selen qalxanvari vəzinin (zob) normal fəaliyyəti üçün ən vacib maddələrdən biri sayılır. Bu səbəbdən qalxanvari vəzi problemləri olanlar da mütləq çuğundur yeməlidir.

– Çuğundur təzyiqi normada saxlamağa kömək edir.

– Çuğundurun tərkibində olan nitratlar beyinin fəaliyyətini yaxşılaşdırır.

– Çuğundur arıqlamağa kömək edir, orqanizmdə piylərin yandırılmasını sürətləndirir.

ONN media sağlamolun.az -a istinadən xəbər verir ki, diyetoloqlar hər gün 100-200 qr bişmiş çuğundur yeməyi tövsiyə edirlər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png