ONN İnformasiya Agentliyi

NASA-dan nəhəng Mars layihəsi – Tarixinin ən böyüyü göndərildi

NASA-dan nəhəng Mars layihəsi – Tarixinin ən böyüyü göndərildi
30 İyul 2020 - 18:31

ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi bu günə qədərki ən böyük, ən kompleks Mars kəşfiyyat gəmisini yola çıxarıb.

ONN media  xəbər verir ki, “Perseverance” adlı kosmik gəmi Qırmızı planetdə “keçmişin izlərini” axtaracaq.

Bu gün Florida ştatındakı “Cape Canaveral” bazasından “Atlas V” raketi ilə göndərilən gəmi qədim yaşayış əlamətləri ilə yanaşı, iqlim və geologiyanı analiz edəcək.

Kiçik avtomobil boyda olan gəmi kamera, mikrofon, qazma və lazer cihazları ilə təchiz olunub.

“Perseverance”ın 2021-ci ilin fevral ayında Marsa çatması planlaşdırılır. O, vəzifəsini 10 il sonra tamamlayacaq.

Bu, NASA-nın Marsa göndərdiyi beşinci kosmik robotdur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
NASA-dan nəhəng Mars layihəsi – Tarixinin ən böyüyü göndərildi
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png