Oğru ayı iş başında yaxalandı – VİDEO

ABŞ-ın Kolorado ştatında müşahidə kameraları qonur ayının marixuana mağazasının arxa həyətinə girdiyini çəkib. ONN media xəbər verir ki, bu barədə Huffpost yazır.

Kadrlardan heyvanın zibil çənini küçəyə necə sürütlədiyi görünür. Lakin ayı çəni aça bilmir.

Mağazanın sahibinin sözlərinə əsasən, bu ayı oranın daimi qonağıdır. Mağazanın əməkdaşları isə onu Çizburger adlandırırlar.