ONN İnformasiya Agentliyi

Pandemiyanın bitəcəyi SON TARİX açıqlandı

Pandemiyanın bitəcəyi SON TARİX açıqlandı
15 İyun 2020 - 17:06

Rusiya Kimya Texnologiyaları Universitetinin alimləri koronavirus pandemiyasının son tarixini açıqlayıb.

ONN media  xəbər verir ki, alimlərin hesablamalarına görə, bu, iyulun sonuna qədər baş verəcək. Mütəxəssislər epidemiyanın sonuna qədər ölkədə 524 min insanın yoluxacağına dair riyazi bir model hazırlayıb.

Eyni zamanda, mütəxəssislər bölgələrdə məhdudiyyətlərin aradan qaldırılması ilə əlaqədar COVID-19-un yayılmasının yeni dalğalarını da istisna etmir.

Digər bir proqnoz Sinqapur Texnologiya və Dizayn Universitetinin mütəxəssisləri tərəfindən hazırlanmışdı: onların hesablamalarına görə, pandemiya yalnız avqustun sonunda bitəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png