ONN İnformasiya Agentliyi

Polşalı məşhur səyyah velosipedlə Azərbaycana səfər edəcək

Polşalı məşhur səyyah velosipedlə Azərbaycana səfər edəcək
26 Yanvar 2020 - 21:29
Polşalı velosipedçi və məşhur səyyah Yarek Kaptayn dünya turuna Cənubi Qafqazla davam edəcək.

ONN media azərtac-a istinadən xəbər verir ki, səyyah yanvarın 30-dan fevralın 2-dək Poznan şəhərində keçiriləcək turizm festivalında indiyədək etdiyi səfərlər və qarşıdakı Cənubi Qafqaz turu barədə danışacaq.

Bu səfərin məqsədi Avropa və Asiyanın qovşağındakı möcüzəli yerləri polşalı turistlərə tanıtmaqdır.

Səyyah Cənubi Qafqaz turuna Kutaisidən başlayacaq və Bakıda tamamlayacaq. O, Azərbaycanda əsasən Xəzər dənizi ətrafı ilə hərəkət edəcək, həmçinin velosipedlə bir neçə yüksəkliyə qalxacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png