Fevralı 28 gün edən bilirsiniz kimdir?

Yuli Sezar təqvimdəki qarışıqlıqları həll etməsi üçün Misirli astronomiya alimi Sosigenesi yanına çağırtdırır. O vaxtlar 1 il 365 gün 6 saat davam etdiyi bilinirdi.
Sosigenes də qarışıqlığı belə həll edir: Hər il 365 gün davam edəcək. Hər ildən 6 saat artacaq. Artan saatlar 4 ildə bir təqvimə əlavə olunacaq və o il 365 + 24 saat = 366 gün olacaq. 366 gün 12 bərabər hissəyə bölünmədiyi üçün 6 ay 30 gün, digər 6 ay 31 gün davam edəcək.
Yaxşı 365 gün çəkən illərdə aylara görə bölgü necə olacaq?
Sezar əmr verir:
365 gün çəkən illərdə “ən son aydan bir gün azaldılsın”.
O vaxtlar yeni il mart ayından başlayırdı, yəni fevral ilin son ayı idi.
Beləcə fevral ayı, 4 ildə bir 30 gün, digər illərdə 29 gün olur.
Sezar bununla da kifayətlənməyib aylardan birinə öz adını verir: JULIUS, yəni JULY.
Sonradan imperator olan Augustus, Sezardan dala qalmayıb və sonrakı aya öz adını verir: AUGUSTUS, yəni Avqust.
Ancaq Julius Sezar ayı 31 gün ikən, Augustusun ayı 30 gün olar?
O da əmr verir: İlin son ayından 1 gün daha azaldılsın, mənim ayım da 31 GÜN OLSUN.
Yazıq Fevraldan daha bir gün azaldılır və Avqusta əlavə olunur. O gündən bəri Fevral ayı, 4 ildə bir 29 gün, digər illərdə 28 gün olur.
Sezar ayı İyul və Augustusun ayı Avqust da ardıcıllıqla 31 gün davam edir.