Kafelləri təmizləmək üçün QARIŞIM

Hamam təmizliyində diqqət edilməli ən əhəmiyyətli nöqtələrdən biri kafellərin təmizliyidir. Adətən kafellərin arasına dolan çirk pis bir görünüş yaradır.
ONN media-nın verəcəyi bu qarışımla kafelləriniz parıldayacaq.
Lazım olanlar:
1 stəkan hidrogen peroksid
1 xörək qaşığı soda
Bir az yuyucu vasitə
Hazırlanması:
Bir balonun içərisinə bütün vəsaitləri töküb ağzını bağlayaraq, 10 dəqiqə çalxalayın. Köpüklənməyə başlayan qarışımı plastik qaşıqla qarışdırın. Bu qarışımı çirkli kafellərin üzərinə töküb ovalayın. Kafelləriniz tərtəmiz olacaq.