7 yaşlı qızın maraqlı hobbisi

7 yaşlı qızın maraqlı hobbisi


ABŞ-ın Oklahoma əyalətində yaşayan 8 yaşlı qız Şelbi Kounterman hər kəsin dilinə düşüb.
ONN media  xəbər verir ki, buna səbəb Şelbinin evində 7 minə yaxın tarakan saxlamasıdır.

Tarakan saxlamağı hobbiyə çevirən qızın anasının sözlərinə görə, o, hələ 8 aylığından həşəratlara maraq göstərib. 

Kounterman insanlara tarakanların heç də qorxulu olmadığını sübut etmək və onları da hər kəsə sevdirmək istəyir.

8 yaşlı məktəbli bildirib ki, bəzən dərsə getməkdənsə, evdə qalıb həşəratlara daha çox vaxt ayırmağa üstünlük verir.

Geri qayıt