Planet ovçusu kosmosda

NASA Günəş sistemindən kənardakı minlərlə planeti kəşf etmək məqsədi ilə “Tess” peykini Florida ştatındakı “Cape Canaveral” stansiyasından kosmosa göndərib.
ONN media Ölkə.az-a istinadla xəbər verir ki, peyk bir çox ulduz sistemini incələyəcək.
“Tess”in məqsədi kosmosda fərqli teleskopların daha detallı şəkildə incələcəyi yerlərin bir kataloqunu hazırlamaqdır.
Layihəyə rəhbərlik edən Massaçusetts texniki universitetinin nümayəndəsi Corc Riker deyib:
“Peykdə səmanı müşahidə edə biləcək 4 ədəd çox həssas kamera var. “Tess”in müşahidə edəcəyi planetlər transit adlandırdığımız bir proses nəticəsində meydana çıxır. Ev sahibi ulduzun önündən keçəndə planetin kölgəsini görə bilirik”.