Məşhur cütlüyü şantaj edən şəxs saxlanıldı

Məşhur cütlüyü şantaj edən şəxs saxlanıldı
Məşhur cütlük Kıvanç Tatlıtuğ və həyat yoldaşı Başak Dizeri şantaj edən S.A.-nın məhkəməsi keçirilib. 
ONN media xəbər verir ki, cütlüyə "Sizi bir qaba qoyub üzərinizə kislota tökəcəyəm", "Üzərinizə giliz tökəcəyəm" deyən şəxs hakim qarşısına çıxarılıb. 
Onun 2022-ci ildən indiyə qədər Kıvançla həyat yolodaşını narahat etdiyi üzə çıxıb. İstanbul Asliye Ceza məhkəməsində baş tutan proses zamanı S.A-ya 9 ay həbs cəzası verilib. 
Sözügedən şəxsə 13 500 lirə (təxminən 633 AZN) də cərimə ödəyəcəyi bildirilib
Geri qayıt