İnstaqramda YENİ funksiya istifadəyə verildi

İnstaqram foto xidmətinin komandası qrup videoçatları funksiyasını təqdim edib.
ONN media xəbər verir ki, funksiya artıq istifadəçilər arasında yayılmağa başlayıb.
Bu, “Direct” birbaşa ünsiyyət bölməsində əlçatandır. İstifadəçi ilə çat pəncərəsini və ya qrup çatlarını açdıqdan sonra yuxarı sağ küncdə yerləşən videoçat ikonkasına sıxmaq lazımdır. 5 iştirakçı dəstəklənir. Videonun ölçüsünü minimallaşdıraraq əsas lentə baxmaq olar.
Bundan başqa, “Explore” bölməsi yenilənib. İndi istifadəçinin maraqlarına uyğun gələn foto və videolar tövsiyə olunur.