Protez dişlər kökəlməyə səbəb olur

İngilis elm adamları belə dişlərdən istifadə edənlərin yaxşı çeynəyə bilmədikləri üçün düzgün qidaları seçməklərini bildiriblər. Meyvə, tərəvəz, quru meyvələr və ət kimi qidaları istifadə edə bilməyən xəstələrin, sümük sınması və qırılması riskinin daha yüksək olduğunu bildirib.

Stomotoloq Pertev Kökdemir mövzu ilə bağlı açıqlama verib:

"Protez dişlərdən istifadə edənlər ilkin zamanlar buna çətinlik çəkirlər. Qidaları yaxşı çeynəyə bilmirlər, diri-diri udurlar. Belə qida vərdişi artıq refleks halını alır. Təbii ki, çeynəmə düzgün getmədiyindən həzm də normal olmur. Nəticədə isə qidalar fayda əvəzinə zərər verir. Bu zaman artıq çəki yaranır, həmçinin şəkər xəstəliyi qaçınılmaz olur".

Həkim damaq protezlərinin 5-10 il içində yenilənməsinin mühüm olduğunu vurğulayıb.