ONN İnformasiya Agentliyi

Qızın yumruq zərbəsindən sonra oğlanın daxili orqanlarının yeri dəyişdi

Qızın yumruq zərbəsindən sonra oğlanın daxili orqanlarının yeri dəyişdi
12 Dekabr 2019 - 18:00

Çinin Quandun əyalətində Quançjou şəhər sakini qızın yumruq zərbəsindən sonra xəstəxanaya düşüb.

ONN media bildirir ki, bu barədə “Asia One” xəbər verib.

27 yaşlı May sinəsində ağrılar və nəfəs almada yaranan problemlə əlaqədar həkimlərə müraciət edib. O, bildirib ki, problem bir gün əvvəl qızın zarafatyana onun qarnından vurmasından sonra başlayıb. O, bir az istirahətdən sonra düzələcəyinə ümid edirmiş, ancaq ağrı getdikcə artıb.

Müayinədən sonra gəncdə anadangəlmə qüsur – diafraqmatik yırtıq aşkar edilib. Məlum olub ki, yumruqdan sonra Mayın bəzi orqanları qarın boşluğundan sinəsinə keçib. Onları yerlərinə qaytarmaq və diafraqmanın bütövlüyünü bərpa etmək üçün cərrahi əməliyyat lazım olub.(oxu.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png