Robot balıq yaradıldı – Texnoloji yenilik

Virciniya Universiteti və Harvard Universitetinin ortaq çalışması ilə hazırlanan bu robot balıq bioloji məlumatlarla robotun birləşməsindən yaranıb.

Mütəxəssislərin skambriya və tuna balıqlarının üzmə prosesini incələyərək əldə erdiyi məlumatlar əsasında yaradılan və ‘Tunabot’ adlandırılan bu robor balıq canlı balıqlar qədər sürətli şəkildə üzməyi bacarır.

ONN media matbuat.az istinadən xəbər verir ki,Virciniya Universitetinin mühəndisləri və Harvard Universitetinin bioloqları tərəfindən hazırlanan bu robot müdafiə və dəniz qaynaqlarının araşdırılması kimi fərqli prosedurlarda istifadə ediləcək. Professor Hilari Bart-Smit tərəfindən idarə edilən layihə çərçivəsində yaradılan robotu digər robotlardan ayıran bənzərsiz xüsusiyyətlər mövcuddur.

Belə ki, “Tunabot” həqiqi bir balığın sahib olduğu hərəkət bacarığına sahibdir. Hilari Bart-Smit məqsədlərinin sadəcə üzən bir balıq icad etmək olmadığını qeyd edib.