ONN İnformasiya Agentliyi

“Rossa”nın yeni görüntüsü yayıldı

“Rossa”nın yeni görüntüsü yayıldı
25 Noyabr 2023 - 9:36

Rusiyanın “Rossa” avtomobilinin yeni görüntüsü yayılıb.

ONN media xəbər verir ki, “Rossa” (Rusiya idman avtomobilləri – red.) yarış sürücüsü Roman Rusinovun rəhbərliyi altında hazırlanmış orta mühərrikli superkardır.

“Rossa” “Lamborghini Huracan”da olduğu kimi, 680 at gücü olan 5,2 litrlik atmosferli V10 mühərriki ilə təchiz edilib. Saatda 100 kilometrlik sürətə 3,2 saniyəyə çatır, maksimal sürəti isə saatda 380 kilometrdir.

Bu avtomobilin 2024-2025-ci illərdə hazır olacağı gözlənilir. Superkarın təxmini qiyməti 500 min avro təşkil edir və mülki versiyanın daha baha olacağı ehtimal edilir.

Qeyd edək ki, bundan öncə avtomobilin prototipi təqdim olunmuşdu: o, karbon lifli monokok ətrafında qurulub, xarici panellər də karbon lifindən hazırlanıb və onun aerodinamik kuzov dəsti GT2/GT3 sinif avtomobilləri üçün reqlamentə uyğun olaraq hazırlanıb

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png