ONN İnformasiya Agentliyi

Rütubətli havada kəskinləşən xəstəliklər – SİYAHI

Rütubətli havada kəskinləşən xəstəliklər – SİYAHI
14 Dekabr 2019 - 5:12

Alimlər havanın insan orqanizminə birbaşa təsiri olduğunu söyləyirlər. Xüsusən də xroniki xəstələr üçün havanın necə olacağını bilmək daha vacibdir. Çünki rütubətli və nəm hava xroniki xəstələrin ağrılarını artırır.

Dəyişkən yağışlı hava, daim dəyişilən meteoşərait insanda stresin inkişafına və immun sistemin zəifləməsinə də səbəb olur.

ONN media saglamolun.az-a istinadən kəskinləşən xroniki xəstəliklər haqqında məlumatı təqdim edir:

Ürək-damar sistemi xəstəlikləri

Payızda arterial təzyiqə, düzgün qidalanmaya, güclü fiziki və emosional gərginliklərdən uzaq olmağa fikir vermək lazımdır.

Tənəffüs sistemi xəstəlikləri

Hərarətin kəskin enməsi, yağışlı, rütubətli hava virus və soyuqdəymə xəstəliklərin inkişafına əlavə təkan verir.

Həzm sistemi xəstəlikləri

Payızda qarının yuxarı hissəsində ağrılar, köp, qıcqırma, ürəkbulanması, qusma kimi simptomlar narahat etməyə başlayır.

Artrit və artroz xəstəlikləri

Soyuq havalarda oynaqda ağrı, oynağın şişməsi, oynaqda hərəkətliliyin azalması kimi simptomlar meydana çıxır. Profilaktika məqsədi ilə daha isti geyinmək, tamdəyərli qidalanmaq, C vitamini qəbul etmək lazımdır.

Psixoloji pozulmalar

Payız aylarında insanlar depressiya və stressə meyilli olur. Bu halların profilaktikası üçün daha çox açıq havada gəzmək, idman və bədən tərbiyəsi ilə məşğul olmaq, tamdəyərli qidalanmaq lazımdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png